Rusiya inamını itirir: Putin gizli şəkildə Qara dənizdə... - SENSASİYA
Bizi izləyin

MDB

Rusiya inamını itirir: Putin gizli şəkildə Qara dənizdə... - SENSASİYA

İlhaq olunan Krımdakı hərbi obyektlərinə son hücumlardan sonra Rusiya rəhbərliyi yarımadanın təhlükəsizliyinə inamını itirir.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Analitik mənbələrin məlumatına görə, avqustun 17-də vitse-admiral Viktor Sokolov Qara Dəniz Donanmasının komandiri postunda admiral İqor Osipovu əvəzləyib. Bu isə onu göstərir ki, Krımdakı hərbi obyektlərə son hücumlardan sonra Rusiya rəhbərliyi yarımadanın təhlükəsizliyinə inamını itirir.

“Ukraynanın (Ukrayna partizanları və Ukrayna Silahlı Qüvvələri ilə əlaqəli) Rusiyanın Krımdakı hərbi obyektlərinə, o cümlədən Sevastopoldakı Qara Dəniz Donanmasının qərargahına son zərbələri, yəqin ki, Rusiya qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirdi. Həmçinin növbəti zərbələrin nəticələrini yumşaltmaq məqsədi ilə Krımda rus qüvvələrinin tərkibi, arxa dəstəyi və rəhbərliyi ordunun strukturunun yenidən qurulmasına səbəb oldu”, - analitiklər qeyd ediblər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm