Kişinyov Qaqauziyaya xüsusi təyinatlılar göndərdi
Bizi izləyin

MDB

Kişinyov Qaqauziyaya xüsusi təyinatlılar göndərdi

Moldova polisinin xüsusi təyinatlı dəstələri hökumət əleyhinə etirazların keçirildiyi Qaqauz muxtariyyətinin inzibati mərkəzi Komrat şəhərinə göndərilib.

Publika.az xəbər verir ki, bu barədə TASS Respublika Baş Polis Müfəttişliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səlahiyyətlilərin antiterror təlimləri keçirmək üçün Fulger Xüsusi Təyinatlı Qüvvələr Briqadasını təyin etdiyi bildirilir.

“Əməkdaşların yaranmış vəziyyətə operativ reaksiya vermək qabiliyyətini yoxlamaq üçün bu cür təlimlər əvvəllər də keçirilib və indi bütün ölkə üzrə keçiriləcək”, - mətbuat xidmətindən bildirilib.

Bildirilir ki, təlimlər çərçivəsində xüsusi təyinatlılar Komrat Universitetinin binalarından birinə şərti terrorçuların hücumunu dəf edəcəklər.

Bundan əvvəl ölkənin cənubundakı Komrat şəhərində Moldova hökumətinə qarşı etirazların keçirildiyi məlum olub. Nümayişçilər “Qiymət artımına yox!”, “Biz Rusiya ilə dostluğun tərəfdarıyıq!” - şüarları səsləndiriblər.

İqtisadi problemlər fonunda etirazçılar Moldova prezidenti Maia Sandunun istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edib, həmçinin Rusiyanın baş naziri Mixail Mişustinə müraciət ediblər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm