Qazaxıstan silah ixracını DAYANDIRDI
Bizi izləyin

MDB

Qazaxıstan silah ixracını DAYANDIRDI

Qazaxıstan silah ixracını bir il müddətinə, 2023-cü ilin sentyabr ayına qədər dayandırır.

Publika.az xəbər verir ki, bu qərar baş nazir Əlixan Smailovun rəhbərlik etdiyi müdafiə sənayesi komissiyasının iclasında qəbul edilib.

"İştirakçılar Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin silah, hərbi texnika və hərbi təyinatlı məhsulların ixracının 2023-cü ilin avqust ayının sonunadək dayandırılması təklifinə baxıblar. Bu təklif komissiya üzvləri tərəfindən dəstəklənib", - mətbuat xidmətindən bildirilib.

İclasda həmçinin lisenziyası olan hüquqi şəxslərə yenidən baxılması, icazə və bildirişlər haqqında qanuna dəyişikliklər müzakirə edilib.

Avqustun 19 -da Soçidə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar olub . Görüşdə Tokayev və Putin ticarət-iqtisadi, investisiya və humanitar əməkdaşlıq və iki ölkənin beynəlxalq arenada qarşılıqlı fəaliyyəti məsələlərini müzakirə ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm