Tokayevdən NÜVƏ MÜHARİBƏSİ açıqlaması
Bizi izləyin

MDB

Tokayevdən NÜVƏ MÜHARİBƏSİ açıqlaması

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə hakimiyyətinin nüvə təhlükəsizliyi prinsiplərinin qorunmasında daim qətiyyətli olacağını bildirib.

Publika.az xəbər verir ki, sözügedən bəyanat Nüvə Sınaqlarına Qarşı Beynəlxalq Mübarizə Günündə verilib.

"Bu gün bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir. Nüvə partlayışları Qazax torpağına çox böyük ziyan vurdu. Bu faciə təkrarlanmamalıdır. Ölkəmiz həmişə nüvə təhlükəsizliyi prinsipləri üzərində möhkəm dayanacaq" - Tokayev tviter səhifəsində yazıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti departamentin rəhbəri Muxtar Tleuberdi və Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatına Hazırlıq Komissiyasının (CTBTO PC) icraçı katibi Robert Floydun birgə bəyanatını dərc edilib. Sənəddə dünyanın bütün dövlətlərinə nüvə partlayışlarına moratoriumun davam etdirilməsi ilə bağlı müraciət yer alır. Müqaviləni hələ imzalamamış və ya ratifikasiya etməmiş dövlətlər gecikmədən bunu etməyə təşviq edilir.

CTBT-nin qüvvəyə minməsi üçün ratifikasiyası tələb olunan səkkiz qalan dövlətdən nüvə silahının yayılmaması və tərksilah edilməsinə sadiqliklərini nümayiş etdirmələri xahiş olunur. Sənəddə qeyd olunur ki, nüvə tərksilahını inkişaf etdirmək və gələcək nəsillər üçün daha təhlükəsiz və güvənli dünya yaratmaq üçün CTBT-nin qüvvəyə minməsinin vaxtı çatıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm