Putin Ukraynadakı xüsusi hərbi əməliyyatın MƏQSƏDİNİ AÇIQLADI
Bizi izləyin

MDB

Putin Ukraynadakı xüsusi hərbi əməliyyatın MƏQSƏDİNİ AÇIQLADI

"Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədi Rusiya Federasiyasını təhdid edən anti-Rusiya anklavını ləğv etməkdir".

Publika.az REN TV-yə istinadla xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Kalininqradda "Vacib məsələlər barədə söhbət" adlı açıq dərsdə məktəblilərlə söhbəti zamanı deyib.

Vladimir Putin bildirib ki, müasir Ukrayna ərazisində Rusiya Federasiyasını təhdid edən anti-Rusiya anklavı yaratmağa başlayıblar. Ona görə də Donbass sakinlərini qorumaq üçün xüsusi əməliyyatda iştirak edən Rusiya hərbçiləri Rusiyanın özünü də qoruyur.

Dövlət başçısı əlavə edib ki, RF Silahlı Qüvvələrinin hərəkətləri bütün Rusiya cəmiyyətinin dəstəyinə layiqdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm