Moskvanı Putinlə birgə "yandırdılar..." - VİDEO
Bizi izləyin

MDB

Moskvanı Putinlə birgə "yandırdılar..." - VİDEO

"Moskvalılar və paytaxtın qonaqları stadionda "Leninqrad" qrupu ilə birgə mahnı oxuyub və "yanan Moskva"nın sədaları altında rəqs edib... Şnurov konsertdə məzələnib və rusiyalıların qəzəbilə üzləşib..."

Publika.az xəbər verir ki, ötən şənbə günü Rusiyanın populyar "Leninqrad" qrupu Lujniki stadionunda paytaxtın 875-ci ildönümü münasibətilə konsert verib.

Məşhur qrupun lideri Sergey Şnurov Moskvanın sakinləri ilə bir yerdə yanması barədə "təxribatçı" mahnısı ilə şəhərin yubileyini təbrik etmək qərarına gəlib.

Mahnıda "yananlar arasında" Rusiyanın feminist "Pussi Rayot" pan-rok qrupu, Kreml rəhbəri Vladimir Putin və jurnalist Kseniya Sobçak da olub.

Dünən gözəl yuxu gördüm,

Moskvamız alışıb yanır!

Qızıl Meydanda yanğın,

Seçki komissiyası odlanır!

Sağ qalan yox, külə dönüb

"Pussi", Putin və Sobçak!

Kremlin divarında

Küknarlar da yanacaq!", - Şnurov belə ifa edib.

Artistin çıxışından fraqmentləri müxtəlif Telegram-kanallar yayıb.

Kreml təbliğatçıları və Putinin siyasətini dəstəkləyən rusiyalılar Şnurovun çıxışından hiddətlənib və onu cinayət məsuliyyətinə cəlb etməyi tələb edib. Bu barədə Rusiyanın "Tsarqrad" informasiya internet-kanalı məlumat yayıb.

Məlumatda deyilir ki, tamaşaçılar artist tərəfindən törədilən bu "təxribatdan" bərk qəzəblənib.

Hərçənd, konsertdən çəkilən kadrlardan görünür ki, moskvalılar və paytaxtın qonaqları "Leninqrad" qrupu ilə birgə oxuyur, "yanan Moskva" mahnısının sədaları altında rəqs edir.

Şnurov çıxışını belə şərh edib: "Qanunları yaxşı bilirəm, nəyi oxumaq olar, nəyi oxumaq olmaz".

(moderator)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm