Dünyanın ən uğurlu beynəlxalq təşkilatı... - Tokayev
Bizi izləyin

MDB

Dünyanın ən uğurlu beynəlxalq təşkilatı... - Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) dünyanın ən uğurlu beynəlxalq təşkilatı adlandırıb.

Publika.az xəbər verir ki, ŞƏT-ə üzv ölkələrin Başçıları Şurasının iclasında çıxış edən Tokayev diqqəti təşkilatın ideoloji və institusional əsaslarında “qarşıdurma və blok xarakteri”nin olmamasına yönəldib.

Onun sözlərinə görə, bu da təşkilatın beynəlxalq nüfuzunun və populyarlığının artmasına kömək edir.

Qazaxıstan lideri həmçinin qeyd edib ki, ŞƏT üzvlərinin coğrafiyası “təbii olaraq ildən-ilə genişlənir”, onun sözlərinə görə, bu təşkilata yüksək tələbatın inandırıcı sübutudur. “Məncə, ŞƏT müasir dünyada mövcud olan ən uğurlu beynəlxalq təşkilatdır”, - deyə Tokayev fikrini yekunlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm