Rusiya MN-də kadr dəyişikliyi - O, Şoyquya müavin gətirildi
Bizi izləyin

MDB

Rusiya MN-də kadr dəyişikliyi - O, Şoyquya müavin gətirildi

General-polkovnik Mixail Mizintsev Rusiya müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“General-polkovnik Mixail Mizintsev Rusiya Federasiyası müdafiə nazirinin Rusiya Silahlı Qüvvələrinin maddi-texniki təchizatına cavabdehlik üzrə müavini vəzifəsinə təyin edilib”, - deyə hərbi idarənin "Telegram-kanal"ında ​​bildirilir.

Qeyd olunur ki, ordu generalı Dmitri Bulqakov başqa işə keçməsi ilə əlaqədar müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm