MDB
Sərhəddə toqquşma zamanı həlak olan qırğızların sayı ARTDI

Tacikistanla silahlı münaqişədə nəticəsində qırğız qurbanlarının sayı 62 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Kabar" agentliyi məlumat yayıb.
Bildirilib ki 13-ü uşaq, 171-i kişi və 19-u qadın olmaqla ümumilikdə 198 vətəndaş xəsarət alıb.
Qeyd olunur ki, sərhəddəki vəziyyətlə əlaqədar 140 mindən çox Qırğızıstan sakini təxliyə edilib.
Qırğızıstan və Tacikistan sərhədində vəziyyət sentyabrın 14-də Botken vilayətinin üç rayonunda sərhədçilər arasında atışma başlayandan sonra daha da gərginləşib. Tərəflər bir neçə dəfə atəşkəs barədə razılığa gəlsələr də, hər dəfə razılaşmalar iflasa uğrayıb.
Qırğızıstan rəsmiləri Tacikistanı sərhədə ağır hərbi texnika gətirməkdə və Qırğızıstan ərazisini atəşə tutmaq üçün “bütün mövcud arsenaldan” istifadə etməkdə ittiham edib. Ölkənin Fövqəladə Hallar Nazirliyi münaqişə zonasından 136 min insanın təxliyə edildiyini, Botken bölgəsində fövqəladə vəziyyətin tətbiq edildiyini bildirib.
Eyni zamanda, Tacikistan Qırğızıstan qüvvələrini Tacikistan sərhədindəki bir sıra yaşayış məntəqələrini “ağır silahlardan” atəşə tutmaqda ittiham edib. Hazırda iki ölkə atəşkəs və qoşunların sərhəd bölgəsindən çıxarılması ilə bağlı razılaşmalara əməl edir. Qırğızıstan və Tacikistan xüsusi xidmət orqanlarının rəhbərləri toqquşmalara son qoymaq üçün protokol imzalayıblar.
İki ölkə sərhədində 70-ə yaxın mübahisəli sahənin nişanlanmaması səbəbindən mütəmadi olaraq münaqişələr yaranır. Ümumilikdə, 2022-ci ilin iyul ayına olan məlumata görə, ölkənin 972 kilometrlik sərhədinin təxminən 600 kilometri razılaşdırılıb.
Hüseyn İbadlı

-
Qoroskop00:15
Günün ULDUZ FALI: Yeni işə başlamaq olar
-
Nida Xəbər 27 Sentyabr 23:00
Azərbaycan dilini ana dili kimi bilən Qarabağ erməniləri - VİDEO
-
Dünya27 Sentyabr 22:08
Dağıstanda atışma: Ölən və yaralananlar var
-
İdman27 Sentyabr 21:00
İranlı qadınlara Neymarı izləmək icazəsi verildi
-
Nida Xəbər 27 Sentyabr 19:21
Qarabağda mina-tələlər zərərsizləşdirilir - VİDEO
-
Qarabağ 27 Sentyabr 17:42
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
-
Sosial27 Sentyabr 17:16
Pilotlarımız səmada “Xarıbülbül” çəkdi - Video
-
Hadisə27 Sentyabr 17:01
Ermənistandan Naxçıvana keçən iki nəfər həbs edildi