Putin nüvə müharibəsinə başlayır – 77 il sonra fəlakət təkrarlanır
Bizi izləyin

MDB

Putin nüvə müharibəsinə başlayır – 77 il sonra fəlakət təkrarlanır

Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan etməklə yanaşı, nüvə silahından istifadə edə biləcəklərini və bunun blef olmadığını açıqladı. Ukraynada məğlubiyyətlə üzləşən Rusiyanın nüvə silahına əl atıb-atmayacağı bütün dünyada müzakirə mövzusudur.

Publika.az
xəbər verir ki, “Vaşinqton Post” nəşri Rusiyanın nüvə silahından istifadə etmə riskini araşdırıb.

Putin nüvə silahı haqda nə dedi?

Rusiya prezidenti çıxışında iki xəbərdarlıq etdi. Birincisi, NATO-ya ünvanlanıb. Putin heç bir sübut olmadan bəyanat etdi ki, NATO rəhbərliyi Rusiyaya qarşı “kütləvi qırğın silahlarından” istifadə məsələsini müzakirə edir və xatırlatdı ki, onlar NATO ölkələrindən daha müasir silahlara sahibdirlər. İşarə aydındır, Moskva NATO-ya nüvə zərbəsi ilə cavab verə biləcəyini deyir.

İkinci xəbərdarlıq daha çox ümumidir. Putin söz verdi ki, Rusiya ərazi bütövlüyünü, rus xalqını və ölkənin “müstəqilliyi və azadlığını” qorumaq məqsədilə ixtiyarında olan bütün vasitələrdən istifadə edəcək.

Rusiyanın nüvə siyasətində yenilik varmı?

2014-cü ildə qəbul edilən hərbi doktrinasında və 2020-ci ilə nüvə silahının qarşısının alınması üzrə dövlət siyasətinin əsaslarında deyilir ki, “Rusiya ona və müttəfiqlərinə qarşı nüvə silahının və kütləvi qırğın silahlarının digər növlərinin tətbiqinə cavab olaraq, nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır”. Bu kontekstdə Putinin sonuncu çıxışı NATO-nun müharibəyə müdaxiləsinə mane olmağa hesablanmış əvvəlki bəyanatları ilə eynidir.

Bəzi analitiklər Putinin ikinci xəbərdarlığını Rusiyanın nüvə silahından istifadə imkanlarının genişləndirilməsi kimi təqdim edir. Hərçənd, “Dövlət siyasətinin əsasları” sənədində nüvə qüvvələrinin “ölkənin suverenliyi və ərazi bütövlüyünü” qorumaq üçün mövcud olduğu barədə müddəa var. Deməli, burada da Putinin sözləri yenilik deyil.

Vacib məqam Putinin xəbərdarlığının hansı kontekstdə edildiyidir. Rusiya prezidenti çıxışında Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilməsini təsdiqləyib. Qərb bu “referendumları” qəbul etmir. Sual yaranır, Putinin Rusiyanın ərazi bütövlüyünün qorunması ilə bağlı xəbərdarlığı ilhaq edilmiş ərazilərə də şamil ediləcəkmi? Krımla bağlı eyni yanaşma var, ilhaqına hazırlanan yeni ərazilərə edilməsi də istisna deyil.

Putinin nüvə silahı ilə bağlı hansı praktiki variantları var?

Rusiyanın ABŞ-a zərbə endirməyə qadir olan strateji nüvə silahından istifadə ehtimalı çox azdır. Şübhəsiz ki, Putin nüvə müharibəsini təhrik etməkdən qorxur. Lakin Putin Ukraynanı və onun Qərb himayədarlarını alt-üst etmək üçün yaxın mənzilli operativ-taktiki nüvə silahından istifadə etməsi haqda mübahisə etmək olar. Belə bir addım Qərbi Rusiyanın şərtlərini qəbul edərək, müharibəni dayandırmağa hesablana bilər. Belə bir ssenari baş verərsə, bu, 77 il sonra dünyanın yenidən atom bombası ilə qarşılaşması və böyük fəlakətlərin başlanğıcı olacaq.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm