Rusiyadan Gürcüstana qaçanların sayı AÇIQLANDI
Bizi izləyin

MDB

Rusiyadan Gürcüstana qaçanların sayı AÇIQLANDI

"Hazırda Rusiya-Gürcüstan sərhədində ard-arda 3500 avtomobil və 1300 yük maşını var".

Publika.az xəbər verir ki, bunu Şimalı Osetiyanın vitse-prezidenti İrbek Tomayev bildirib.

“Son bir neçə gündə Gürcüstan istiqamətində nəqliyyat vasitələrinin axını xeyli artıb. Tranzit nəqliyyat vasitələrinin ümumi sayı 4800, o cümlədən 1300 yük maşını və 3500 minik avtomobilidir”, - o qeyd edib.

Onun sözlərinə görə, ötən həftə Yuxarı Lars keçid məntəqəsi vasitəsilə Rusiya-Gürcüstan sərhədini hər iki istiqamətdə 37 500 nəqliyyat vasitəsi və 115 000 nəfər keçib ki, bu da əvvəlki həftə ilə müqayisədə 23,3% çoxdur.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm