Ukrayna ordusu 3 günə... - XƏRİTƏ
Bizi izləyin

MDB

Ukrayna ordusu 3 günə... - XƏRİTƏ

Ukrayna ordusu yaxın 72 saat ərzində Donetsk vilayətinin strateji Liman şəhərini geri alacaq. Kreml təbliğatçılarının özlərinin dediyinə görə, Rusiya Silahlı Qüvvələrinin qruplaşması burada “əməliyyat mühasirəsinə” düşüb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun ("ISW") hesabatında deyilir.

Öz növbəsində Rusiya tərəfi dünən bəyan edib ki, onlar hələ də Torskoyeyə gedən yollardan birinə nəzarət edir, Ukrayna Silahlı Qüvvələri isə Stavok ərazisində Drobışevo-Torskoye yolunu bağlayıb. Eyni zamanda dərc edilmiş videoya əsasən, Ukrayna artilleriyası Torskoye yolunda düşmənin qaçan bölmələrini vura bilir.

Eyni hərbi bloqçuların sözlərinə görə, Ukrayna artilleriyası Kremennaya-Torskoye yolunda Rusiya qüvvələri üçün qalan yeganə qaçış yolunu bağlamaqda davam edir.

Kremlin bir çox təbliğatçısı Rusiya qoşunlarının Limandan çıxarılmasının öz xaotikliyi ilə Xarkov vilayətinin Balakleya şəhərindən geri çəkilməsini xatırlatdığını bildirir. Onlar rus komandanlığını artilleriya dəstəyinin olmamasına görə tənqid edirlər. Ruslar təəssüf edir ki, Silahlı Qüvvələri Nikolayev vilayətini atəşə tutur, ancaq limanın müdafiəsinə kömək etmir...

(moderator.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm