MDB
“Birinci kanal”da Bakıya qarşı növbəti TƏXRİBAT - VİDEO

Rusiyanın "Birinci kanalı"nın efirindən Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə məsuliyyətsiz çağırışlar və açıq təhqirlər səsləndirilib.
Publika.az xəbər verir ki, “Böyük oyun” verilişinin aparıcısı Vyaçeslav Nikonov və onun qonaqları Qarabağ üzərində Azərbaycanın yurisdiksiyasının bərpa edilməsinin “Rusiyanın maraqlarına uyğun gəlmədiyi” barədə cəfəngiyyat danışıblar.
Proqramda müzakirələr zamanı ekranda keçmiş və qondarma "dqr" separatçı qurumunun “xəritəsi” göstərilib. Bu azmış kimi, Andranik Miqranyan tamamilə qeyri-adekvat mülahizələr irəli sürüb.
Sonda Rusiya Federasiyası İctimai Palatasının üzvü Natalya Naroçnitskayanın “şərhini” Bakıya qarşı açıq-aşkar təxribat adlandırmaq olar. O, verilişin sonunda aparıcının sözünü kəsərək, "Qarabağ - əzəli erməni torpağıdır" - deyə bağırıb.
"Birinci kanalı"nın bu təxribatçı verilişinə görə üzr tələbi və Azərbaycan ərazisində "Birinci kanalın" mümkün bloklanması Rusiya ilə Azərbaycan arasında düşmənçilik salmaq istəyən təbliğatçılar üçün yaxşı dərs ola bilər. Azərbaycan XİN-in reaksiyasını gözləyirik...
Əli Məmmədov

-
Magazin222:45
Cennifer Lopezin burnu zədələndi - Fotolar
-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi