MDB
Keçmiş deputat efirdən od püskürdü: "Bəsdirin xalqı aldatdınız!"

Rusiya özünün içində oturmuş korrupsiya yolu ilə dövlətdən oğurladığı pullarla Avropada malikanələr tikən, külli miqdarda pulları Rusiyadan çıxarıb Qərbin banklarında gizlədən məmurlarla müharibədə qalib olmaq istəyir? Bu, sizcə, mümkündür? Onlar illərdir övladlarına Qərbdə gün-güzaran təmin etməklə məşğul olublar. İndi bu adamlar Qərbə qarşı necə çıxsınlar?
Publika.az xəbər verir ki, bu fikirləri “Rossiya 1” telekanalının efirində yayımlanan “Solovyovla axşam” verlişində Ukrayna Ali Radasının keçmiş rusiyalı deputatı İqor Markov deyib.
“Məni burdan qovmayana qədər düzünü deyəcəm! Bəsdirin xalqı aldatdınız! Müharibə vaxtı dövlət başçıları reytinq naminə qərarlar qəbul etməməlidir. Çünki məğlubiyyət olan kimi heç bir reytinq kömək etməyəcək. Heç kəs toxunulmaz olmamalıdır. Səhv edən cəzalanmalıdır. Hansı səbəbdən bu günə qədər səhv edənlər hələ də kürsülərində oturub? Onlar Stalinin etdiyi kimi - güllənməlidir. Mən artıq susmayacam”, - deyə o qeyd edib.
Əli Məmmədov

-
Avropa14:30
Fransa Rusiyaya savaş elan edir: Ordunu göndərir
-
Hadisə13:51
Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI