MDB
Rusiyada səfərbərlik gizli şəkildə davam edir - ŞOK İDDİA
Rusiya hakimiyyətinin ölkədə səfərbərliyin başa çatdığı barədə bəyanatlarına baxmayaraq, çox güman ki, bu, gizli şəkildə davam edir.
Publika.az DW-ə istinadla xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) gündəlik hesabatında məlumat verilib .
Buna misal olaraq ekspertlər Putinin səfərbərliyin dayandırılması ilə bağlı bəyanatlarından sonra imzaladığı bir sıra fərmanları göstərirlər. Sənədlərdən biri ağır cinayətlərə görə məhkum olunmamış vətəndaşların səfərbər edilməsinə imkan verir, ikincisi isə hərbi qulluqçuların statusunu “könüllülər”ə qədər genişləndirir.
"Bu cür icazələr səfərbərliyin davam etdirilməsinə şərait yaradır, lakin indi bu, “könüllü xidmət” kimi təqdim edilir”, - ekspertlər bildirir.
Xatırladırıq ki , sentyabrın 21-də Rusiya Federasiyasının prezidenti ölkədə qismən səfərbərlik haqqında fərman imzalayıb. Bir aydan çox vaxt keçdikdən sonra, oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinə ölkədə səfərbərliyin başa çatdığını bildirib.
Putin noyabrın 4-də bildirib ki, orduya qoşulmaq istəyən könüllülərin axını azalmadığı üçün səfərbər olunanların sayı artıq 318 min nəfərə çatıb .
Hüseyn İbadlı
-
Nida Xəbər 15:02Nazir mərhum rejissorun oğluna vəzifə verdi - FOTO
-
Rəsmi xronika13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
-
Sosial11:26Bu şəxslərin əməkhaqları artırılır - FOTO
-
Rəsmi xronika11:16İlham Əliyev Vyetnam Prezidenti To Lama təbrik məktubu göndərdi
-
Dünya11:08Medvedyevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər
-
MDB10:32Zelenski Rusiyaya cəhənnəm vəd etdi: Onların sayı o qədər çox olacaq ki...


























.jpg)










