MDB
Lukaşenko KTMT-nin TALEYİNDƏN DANIŞDI: "Rusiya çökərsə..."
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) taleyi Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın uğurundan asılıdır".
Publika.az BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin İrəvanda keçirilən plenar iclasında bildirib.
Siyasətçinin sözlərinə görə, KTMT-nin taleyinin Rusiyadakı uğurdan asılı olması ilə bağlı fikirlər getdikcə artır.
"Hiss edirəm ki, biz ümumi fikrə gəlmişik ki, əgər Allah eləməsin, Rusiya çökərsə, bizim yerimiz bu dağıntılar altındadır", - Belarus lideri bildirib.
Lukaşenko vurğulayıb ki, beynəlxalq və regional təhlükəsizlik arxitekturasında mövcud böhran təşkilata təsir edir.
Bundan əvvəl Lukaşenka Ukraynada axan qanı dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb. Dövlət başçısı Ukraynada baş verənləri güclənən, getdikcə daha çox ölkəni öz hunisinə cəlb edən tornado ilə müqayisə edib.
Hüseyn İbadlı
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər