Zelenski ELAN ETDİ: Krımın qaytarmaq üçün...
Bizi izləyin

MDB

Zelenski ELAN ETDİ: Krımın qaytarmaq üçün...

“Krımın qeyri-hərbi yolla qaytarılmasını nəzərdə tutan variantları nəzərdən keçirməyə hazırıq”.

Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Yarımada ətrafındakı vəziyyətə görə hamının necə çaşqın olduğunu başa düşürük. Əgər kimsə bizə Krımın qeyri-hərbi yolla qaytarılmasına kömək edəcəksə, mən ancaq bunun tərəfdarı olacağam. Əgər mümkün həll variantı bütün Rusiya hərbçilərinin Krım ərazisini tərk edəcəyini nəzərdə tutmursa, o zaman buna vaxt itirməyə ehtiyac yoxdur”, - Ukrayna lideri bildirib.

Zelenski Rusiya ilə mümkün danışıqlardan da danışıb. Onun fikrincə, bu danışıqlar münaqişəni donduracaq. “Hərbi əməliyyatların yenidən başlaması zaman məsələsidir”, - deyə o əlavə edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm