Özünü kuryer kimi təqdim etdi, mənzilə daxil oldu və... - FOTO
Bizi izləyin

MDB

Özünü kuryer kimi təqdim etdi, mənzilə daxil oldu və... - FOTO

Kiyevdə kişi özünü kuryer kimi göstərərək qadını qarət edib.

Publika.az Ukrayna mediasına istinadla xəbər verir ki, o, əvvəlcə mənzilə soxulub, zərərçəkmişi qaz balonu ilə vurub və onu boğmağa başlayıb. Ondan qiymətli əşyalar tələb edib və qadının iki uşağını güllələməklə hədələyib.

Kiyev Şəhər Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, oğurluğu törədən şəxs artıq saxlanılıb. Onun Kiyev vilayətinin 40 yaşlı sakini olduğu ortaya çıxıb.

“Zərərçəkənin dediyinə görə, tapança ilə silahlanmış şəxs kuryer adı altında onun mənzilinə soxulub. Hücum edən şəxs onu qaz balonu ilə vurandan sonra qiymətli əşyaları verməyi tələb edib. Qarətçi mənzildən 60 min ABŞ dolları və qızıl-zinət əşyalarını götürüb, sonra qaçıb. Hadisəni törədən şəxs tez bir zamanda tapılaraq həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kişinin yaşadığı ünvanda axtarış zamanı onun qadından götürdüyü pul və qızıl-zinət əşyalarını götürüblər”, - məlumatda deyilir.

Qarətçini 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm