Rusiya ABŞ-la danışıqları ləğv etdi
Bizi izləyin

MDB

Rusiya ABŞ-la danışıqları ləğv etdi

Rusiya diplomatları birtərəfli qaydada amerikalı həmkarları ilə strateji hücum silahları məsələlərinə dair görüşdə iştirakdan imtina ediblər.

Publika.az xəbər verir ki, Strateji Hücum Silahları Müqaviləsi çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin görüşləri noyabrın 29-dan dekabrın 6-dək Qahirədə keçirilməli idi.

Rusiya birtərəfli qaydada görüşü təxirə salıb və yeni tarixlər təklif edəcəyini bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ diplomatları arasında görüş Ukrayna müharibəsinin başlanmasından bəri ilk görüş olmalı idi və iki ölkə arasında siyasi dialoqun bərpasına ümidlər yaratmışdı.

Hüseyn Ibadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm