MDB
Rusiya yeni iqtisadi birlik yaradır?: Bakı və İrəvandan sonra...
Rusiya hakimiyyəti sanksiyalar altında keçmiş sovet respublikaları arasında yeni iqtisadi müttəfiqlər hovuzu yaradır. Ermənistan və Azərbaycandan sonra Rusiyanın baş naziri Mixail Mişustin danışıqlar aparmaq üçün dekabrın 1-2-də Özbəkistana səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə ekspertlərin URA.RU-ya açıqlama veriblər.
Onlar izah ediblər ki, Rusiya üçün Mərkəzi Asiya ölkələri təkcə mühüm siyasi deyil, həm də strateji iqtisadi tərəfdaşlara çevrilirlər.
Rusiya Federasiyasının Baş naziri Özbəkistana səfərinin ilk günündə Daşkənddəki Qələbə parkına gül dəstələri qoyacaq, prezident Şavkat Mirziyoyevlə görüşəcək. Dekabrın 2-də artıq Səmərqənddə Mişustinin respublikanın baş naziri Abdulla Aripovla görüşü, daha sonra Rusiya və Özbəkistan hökumət başçıları səviyyəsində birgə komissiyanın iclasında iştirakı planlaşdırılır.
Bu, Mişustinin baş nazir kimi Özbəkistana ilk səfəri olacaq. Bu səfər Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyinin işi ilə bağlı deyil. Ölkənin birinci şəxsləri ilə ünsiyyət ikitərəfli münasibətlərə həsr olunacaq. Eyni məqsədlə Mişustin oktyabrda İrəvana (Ermənistan) , noyabrda isə Bakıya (Azərbaycan) səfər edib.
Logistika əlaqələrinin məhvinə səbəb olan Qərb sanksiyalarının tətbiqindən sonra Rusiya əmtəə axınını genişləndirir və Asiya dövlətləri ilə iqtisadi və siyasi əlaqələri gücləndirir, ekspertlər izah edirlər. İlk növbədə, Rusiya Federasiyası keçmiş sovet respublikaları ilə əməkdaşlığı dərinləşdirir, yeni investisiya layihələri üzrə razılığa gəlir, yenisini yaradır və ya mövcud nəqliyyat infrastrukturunu modernləşdirir.
Hüseyn İbadlı
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ