Rusiyada neft zavodunda yanğın baş verdi
Bizi izləyin

MDB

Rusiyada neft zavodunda yanğın baş verdi

Rusiyanın Adıgey əyalətinin Koşexablski rayonunun Yeqeruxay kəndində “Mamruko” MMC-nin neft zavodunun ərazisində yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinə istinadla məlumat yayıb.

Yanğın binanın içərisində 270 kv.m olan qurutma kamerasını əhatə edib. Yanğınsöndürənlər yanğını Moskva vaxtı ilə saat 22:57-də lokallaşdıra biliblər.

Hazırda yanğının yayılması təhlükəsi yoxdur. Hadisənin səbəbi müəyyənləşdirilir. Ölən və yaralanan yoxdur.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm