Polislərə atəş açan fərari həbs edildi
Bizi izləyin

MDB

Polislərə atəş açan fərari həbs edildi

Rusiyanın Rostov vilayətinin Novoşaxtinski qəsəbəsində pulemyotdan polislərə atəş açan şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, hadisə dekabrın 6-da baş verib. Hərbi geyimli şəxs “Kalaşnikov” markalı pulemyotdan atəş açaraq bir polisi yaralayıb.

Polislərə atəş açan şəxsin “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşən və fərarilik etmiş Pavel Nikolin olduğu aşkarlanıb. O, noyabrın 24-də hərbi hissədən qaçıb. Dekabrın 7-də Nikolini Novoşaxtinskidə boş evlərdən birində saxlayıblar. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm