Putinin bəyanatından sonra dünya bazarında NEFT BAHALAŞDI
Bizi izləyin

MDB

Putinin bəyanatından sonra dünya bazarında NEFT BAHALAŞDI

Rusiya prezidenti Vladimir Putinin bu gün söylədiyi sözlərdən sonra bütün həftə ərzində ucuzlaşan "Brent" bmarkalı neft kəskin bahalaşmağa başlayıb.

Publika.az xəbər verir ki, səhər saatlarında "Brent"in qiyməti 76 dollardan aşağı olsa da, bir anda 78 dollara qalxıb.

Rusiya prezidentinin ölkənin neft hasilatını bir qədər azalda biləcəyi ilə bağlı bəyanatına bazar belə reaksiya verib.

Bişkek sammitindən sonra mətbuat konfransı zamanı Putin bildirib ki, Rusiya zərurət yaranarsa, neft hasilatını daha da azaltmağı nəzərdən keçirəcək. Rusiya lideri vurğulayıb ki, Moskva neftin qiymətinin tavanı tətbiq edən ölkələrə satmayacaq.

Putin qeyd edib ki, bu məhdudiyyətlər səbəbindən dünyada neftin qiyməti qalxacaq, investisiyalar sıfıra enəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm