MDB
ABŞ-dan Krıma "müharibə elanı": Vaşinqtonu bombalamaq... - SENSASİYA
İlhaq olunan Krımın Rusiya Federasiyası Prezidenti yanında daimi nümayəndəsi, Krım “hökumətinin” “baş nazirinin” müavini Georgi Muradov ABŞ hakimiyyətinin Krım yarımadası ilə bağlı bəyanatını “müharibə elanı” adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.
“ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin Krımla bağlı bəyanatı Rusiyaya müharibə elanıdır ”, - o deyib.
Muradov həmçinin təklif edib ki, “nüvə qarşısının alınması klubu haqqında Vaşinqtona birbaşa xatırlatma olmadan işlər nəticə verməyəcək”.
O vurğulayıb ki, ABŞ Almaniya İmperiyasının birinci kansleri Otto fon Bismarkın “Rusiyaya toxunmamaq” çağırışını unutmamalıdır.
“Rusiya Krımına müdaxilə, biz krımlılar üçün Vaşinqtonu bombalamaq çağırışına bərabərdir”, - deyə Muradov fikrini yekunlaşdırıb.
Akqabay
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?



















.png)












