Bennett ilə görüşdə Putini qəzəbdən alovlandıran nə olub? – ABŞ nəşri açıqladı
Bizi izləyin

MDB

Bennett ilə görüşdə Putini qəzəbdən alovlandıran nə olub? – ABŞ nəşri açıqladı

2021-ci ilin əvvəlində Ukrayna prezidenti Vladimir Zelenskinin oliqarx Viktor Medvedçuka qarşı sanksiyalar tətbiq etməsi və rusiyayönlü telekanalları bağlaması Rusiya prezidenti Vladimir Putini məyus edib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” nəşrinin Rusiyanın Ukraynada məğlubiyyətinin səbəbləri haqqındakı böyük məqalədə qeyd edilir.

Nəşr xüsusilə qeyd edir ki, Zelenski belə bir addımı ilə Kremlin ümidlərini qırıb.

NYT yazır ki, Putin 2021-ci ilin oktyabrında İsrailin baş naziri Naftali Bennett ilə Soçidəki iqamətgahında uzun sürən görüş zamanı məyusluğunu gizlətməyib.

Amerika nəşrinin materialında deyilir ki, “söhbət Ukraynadan gələndə Putin qəzəbindən alovlanıb”.

NYT-nin məlumatına görə, Bennett Zelenskinin Putinlə üzbəüz görüşdə maraqlı olduğunu qeyd edib. Cavabında isə Putin deyib: “Mənim bu adamla müzakirə edəcəyim heç nə yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm