Bu batalyona səyyar sauna göndərdilər
Bizi izləyin

MDB

Bu batalyona səyyar sauna göndərdilər

Estoniya Ukrayna hərbçiləri üçün səyyar sauna və camaşırxana göndərir.

Publika.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb. Şənbə günü Tartuda kompleksin texniki vəziyyəti Ukraynaya göndərilməzdən əvvəl yoxlanılıb. Ümumilikdə kompleksdə yuyunub istirahət etmək, paltar yuyub quruda bilmək üçün üç avtomobil var.

Həftə ərzində 400-ə yaxın insana xidmət göstərə biləcək maşınlar, cəbhə xətti boyunca müxtəlif yerlərə köçürülə bilər.

Kompleks təxminən bir neçə günə Ukraynaya çatacaq. Onun “Karpat” batalyonuna göndəriləcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm