Tokayev VƏD VERDİ: Bir daha təkrarlanmayacaq
Bizi izləyin

MDB

Tokayev VƏD VERDİ: Bir daha təkrarlanmayacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə yanvar iğtişaşlarının təkrarlanmaması üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

Publika.az xəbər verir ki, o, bunu 2022-ci ilin yanvar hadisələri qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimində deyib.

“Bu, xalqımız üçün sınaq vaxtı idi. Dövlətçiliyin əsasları təhlükə altında idi. Üstəlik, dövlətimizi xilas edə biləcəyikmi sual idi. Amma xalqımızın birliyi, həmrəyliyi sayəsində biz sarsılmaz əzm və güc nümayiş etdirərək bütün çağırışlara qətiyyətlə müqavimət göstərə bildik”, - deyə Tokayev bildirib.

O, cəmiyyətdə nifaq salmağa cəhd edən sui-qəsdçilərin əməllərinin qarşısı alındığını, lakin iğtişaşlar nəticəsində günahsız vətəndaşların həlak olduğunu xatırladıb.

“Əlbəttə, dağılmış binaları bərpa etmək olar, amma alınan canlar təəssüf ki, geri qaytarıla bilməz. Ona görə də belə bir faciənin bir daha təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. Bizim ümumi vətəndaşlıq borcumuz ölkənin sülh və əmin-amanlığını, xalqın birliyini qorumaqdır. Biz ancaq sülh və harmoniya şəraitində məqsədimizə nail ola bilərik”, - deyə Qazaxıstan Prezidenti bildirib.

Tokayev Qazaxıstanın siyasi sisteminin daha da demokratikləşməsinə yönələcək genişmiqyaslı islahatların davam etdiriləcəyini açıqlayıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm