MDB
Putindən KRİTİK AÇIQLAMA: "Almaniya ABŞ qoşunlarının işğalı altında qalır"
"Almaniyadakı Amerika qoşunları de-fakto və de-yure işğalçı qüvvələrdir".
Publika.az REN TV-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskva Dövlət Universitetində tələbələrlə görüşündə deyib.
Rusiya liderinin sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra qalib gələn ölkələrin heç də hamısı Almaniyanın işğalının başa çatdığını sənədləşdirməyib.
"Sovet İttifaqı bu işğal statusunun ləğvini rəsmiləşdirdi, lakin ABŞ bunu etmədi. Və daha doğrusu, Amerika işğalçı qoşunları rəsmi və qanuni olaraq Almaniya Federativ Respublikasının ərazisindədir. Və əslində belədir - onların sayı daha çoxdur", - Prezident qeyd edib.
Putin tələbələrə xatırladıb ki, sovet qoşunları da Avstriyada olub, lakin öz istəyi ilə çıxıb:
"İndi Rusiya SSRİ-nin hüquqi varisi, bu ölkənin konstitusiyasının təminatçısı kimi çıxış edir. Avstriya Respublikası bunu xatırlayır və Rusiya Federasiyasına minnətdardır".
Vladimir Putin kollektiv Qərb ölkələrinin sadə sakinləri ilə yaxşı münasibətlərdən də danışıb:
"Bu insanların dünya mənzərəsi haqqında təsəvvürləri siyasi vəziyyətdən asılı olaraq dəyişmir".
Hüseyn İbadlı
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR