Müharibəni dayandıracaq yeganə şərt - Zelenski açıqladı
Bizi izləyin

MDB

Müharibəni dayandıracaq yeganə şərt - Zelenski açıqladı

Onlar bizim ərazimizi tərk edəndə müharibə bitəcək.

Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Sky News”a müsahibəsi zamanı deyib.

Ukrayna lideri, həmçinin bildirib ki, insanlar onun üçün ilk sırada gəlir. Bu səbəbdən də Rusiya ərazisində döyüşmək istəmir.

Xatırladaq ki, ötən ilin fevralın 24-dən etibarən Rusiya Federasiyasının Ukraynaya təcavüzü davam edir. Rusiya prezidenti Vladimir Putin bunu xalqın Kiyev rejiminin soyqırımından qorunması vəzifəsi adlandırıb.

Rusiya dövlət başçısının sözlərinə görə, son məqsəd Donbasın azad edilməsi və Rusiyanın təhlükəsizliyinə zəmanət verəcək şəraitin yaradılmasıdır.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm