Rusiya və Türkiyə qaz qovşağını müzakirə etməyə başlayır
Bizi izləyin

MDB

Rusiya və Türkiyə qaz qovşağını müzakirə etməyə başlayır

Rusiya və Türkiyə qaz qovşağının təhlükəsizliyinə aid məsələlərin birgə müzakirəsinə başlayıblar.

Publika.az xəbər verir ki, bunu “TASS” agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov deyib.

Nazir müavini qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyədə qaz qovşağı yaratmaq təşəbbüsü hazırda hər iki ölkənin ekspertləri tərəfindən birgə müzakirə olunur.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Moskva və Ankaranın bütün yaranan məsələləri, o cümlədən mövcud və gələcək enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələləri uğurla həll edə biləcəyinə əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılmasını təklif edib. O, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində qazın birbaşa Avropaya çatdırılmasını mümkünsüz edən partlayışlardan sonra oxşar təkliflə çıxış edib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm