Bu seçkilər "ruslaşdırma" səylərinin davamıdır - Kəşfiyyat
Bizi izləyin

MDB

Bu seçkilər "ruslaşdırma" səylərinin davamıdır - Kəşfiyyat

Rusiya özünü doğrultmaq və işğalı qanuniləşdirmək üçün yerli seçkilərdən istifadə edir.

Publika.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

Britaniya kəşfiyyatı iddia edir ki, Ukraynanın ilhaq edilmiş ərazilərində seçkilərin təyin edilməsi yerli əhalini “ruslaşdırmaq” səylərinin davamıdır.

Qeyd edək ki, fevralın 1-də Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko Ukraynanın yeni ilhaq edilmiş vilayətlərində regional seçkilərin 2023-cü il sentyabrın 10-da keçiriləcəyini açıqlayıb.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm