BMT-dən Belarus hesabatı: Pis idi, daha da ağırlaşıb
Bizi izləyin

MDB

BMT-dən Belarus hesabatı: Pis idi, daha da ağırlaşıb

"Belarusda onsuz da ağır olan insan haqlarının vəziyyəti daha da pisləşməkdə davam edir"

Publika.az xəbər verir ki, bunu BMT-nin Belarus üzrə xüsusi məruzəçisi Anais Marin BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən iclası çərçivəsində deyib.

Marinin sözlərinə görə, hazırda Belarusda 32 jurnalist də daxil olmaqla azı 1400 siyasi məhbus var. BMT-nin xüsusi məruzəçisi Belarus Respublikası vətəndaşlarının ifadə azadlığı hüquqlarının sistematik şəkildə pozulması, o cümlədən 2020-ci ildə prezident seçkilərinin saxtalaşdırılmasına qarşı etirazların sərt şəkildə yatırılmasından sonra 700-dən çox ictimai təşkilatın bağlanmağa məcbur edildiyini xatırladıb.

BMT eksperti, həmçinin Belarusda insan haqlarının vəziyyətinin “radardan itə biləcəyindən” narahatlığını ifadə edib, çünki ölkədəki bütün müstəqil media susmağa məcbur olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm