Putin həbs olunacaq? - Moskvadan KRİTİK AÇIQLAMA
Bizi izləyin

MDB

Putin həbs olunacaq? - Moskvadan KRİTİK AÇIQLAMA

"Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir mənası yoxdur, həbs qərarları hüquqi qüvvəyə malik olmayacaq".

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.

"Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi baxımdan heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tərəfi deyil və ona görə öhdəlik götürmür. Rusiya bu qurumla əməkdaşlıq etməyəcək və Beynəlxalq Məhkəmənin mümkün həbs orderləri bizim üçün hüquqi qüvvəyə malik olmayacaq", - Zaxarova deyir.

Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Sənədə əsasən, onlar hərbi cinayətlərdə, o cümlədən əhalinin, xüusilə uşaqların qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi ilə məşğul ola bilərlər.

Məlumata görə, Ukraynada yaşayan 7,5 milyon uşağın 4,3 milyonu müharibə səbəbindən başqa regionlara köçmək məcburiyyətində qalıb. Onların 1,8 milyonu qaçqın kimi qonşu ölkələrə gedib, daha 2,5 milyon uşaq isə evlərini tərk edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm