Putin Qərbin planlarını AÇIQLADI: "Buna heç kim nail ola bilməyəcək"
Bizi izləyin

MDB

Putin Qərbin planlarını AÇIQLADI: "Buna heç kim nail ola bilməyəcək"

“Qərb Rusiya və Çinin qarşısını almaq üçün Avrasiyanı hərbi bloklara bölmək istəyir, lakin bu cəhdlər baş tutmayacaq”.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, Qərb getdikcə hökmranlığını itirərək bütöv ölkələrin və xalqların taleyini təhlükə altına qoyur:

“Eyni zamanda, Qərbin təhrik etdiyi və körüklədiyi Ukrayna böhranı bu gün ən diqqət çəkən məqamdır, lakin heç bir halda beynəlxalq aləmdə hökmranlığı və birqütblü dünya nizamını saxlamaq niyyətlərinin yeganə təzahürü deyil. NATO-nun Asiya-Sakit okean regionuna nüfuz etmək məqsədi ilə öz fəaliyyətinə qlobal miqyas verməyə çalışdığını anlamamaq mümkün deyil.

Bəzi qüvvələr israrla ümumi Avrasiya məkanını ölkələrimizin inkişafını cilovlamağa və onların maraqlarına toxunmağa yönəlmiş “eksklüziv klublar” və hərbi bloklar şəbəkəsinə bölməyə çalışırlar. Ancaq buna heç kim nail ola bilməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm