MDB
Putin Çin prezidentini evinə dəvət etdi

Rusiya və Çin təbii olaraq bir-birini tamamlayır.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” kanalına müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, Çinin enerji resurslarının sabit təchizatına ehtiyacı var və Rusiya Federasiyası belə sabitliyi təmin etməyə qadirdir. “İqtisadiyyatın yüksək inkişaf templərini və enerjiyə olan ehtiyacı nəzərə alsaq, Rusiya ilə Çin təbii olaraq bir-birini tamamlayır”, - Putin iki dövlət arasındakı dostluq münasibətlərindən danışarkən deyib.
Putin əlavə edib ki, indi tərəflər milli valyutaların istifadəsi barədə müzakirələr aparırlar. Dövlət başçısı həmçinin bildirib ki, Çin rəhbəri Si Cinpini Kremldəki mənzilinə dəvət edib, orada dünyada baş verən bir çox məsələlərə də toxunublar. Rusiya mediasının yazdığına görə, prezidentlər kaminin yanında oturub çay içə-içə dünya hadisələrini müxtəlif aspektlərdə müzakirə ediblər.
Aytən Məftun

-
İnanc09:12
Ehtiyatlı olun: Bu simvollar sizi yoxsullaşdırar
-
Qoroskop08:38
İyun ayında bürcləri nə gözləyir? - Sevgi, pul, işgüzar səfər...
-
Magazin108:15
Ayağını amputasiya etdilər - FOTO
-
Ekologiya07:15
Bu günün hava proqnozu AÇIQLANDI
-
Magazin107:08
Xatirənin qardaşı təcili əməliyyat olundu - FOTO
-
Magazin206:34
Yuri Şatunov ölüb, yoxsa öldürülüb?
-
Magazin106:25
Zümrüd rəisdən şikayətçi oldu
-
Sosial05:15
Mağazalarda satılan qara kişmişlər boyanır? - İDDİA/ VİDEO