MDB
Zelenskidən Tatarskinin qətlinə MÜNASİBƏT

Ukrayna prezidenti Vladimir Zelenski müharibə müxbiri Vladlen Tatarskinin qətlində maraqlı olmadığını bildirib.
Publika.az “Ukrinform”-a istinadla xəbər verir ki, Çerniqov vilayətinin Yaqodnoye kəndinə səfəri zamanı Zelenski Rusiyanın deyil, öz ölkəsinin taleyi barədə düşündüyünü qeyd edib.
“Sankt-Peterburqda və ya Moskvada nə baş verdiyi haqda düşünmürəm. Rusiya bu barədə düşünməlidir. Mən ölkəmiz haqqında düşünürəm”, - Zelenski deyib.
Ötən gecə Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə partlayış baş verib. Həmin vaxt müəssisədə hərbi müxbir Vladlen Tatarskinin yaradıcılıq gecəsi keçirilib. Partlayış nəticəsində jurnalist yerindəcə keçinib, daha 30-a yaxın insan yaralanıb. Peterburq sakini Daria Trepova qətldə şübhəli bilinərək saxlanılıb . Versiyalardan birinə görə, partlayışın mənbəyi Trepovanın tədbir başlamazdan əvvəl hərbi komandirə təhvil verdiyi heykəlcik olub.
Akqabay

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə