Rusiya hərbçisi qızla görüşdükdən sonra 3 MİLYON İTİRDİ
Bizi izləyin

MDB

Rusiya hərbçisi qızla görüşdükdən sonra 3 MİLYON İTİRDİ

Sverdlovsk vilayətindən olan məktəbli qız rus ordusunun əsgərinə qarşı dələduzluqda şübhəli bilinir.

Publika.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Hərbçinin internetdə 14 yaşlı qızla tanış olduğu dəqiqləşib. Onlar uzun müddət yazışıblar və sonradan yaxın dostluq münasibətləri qurublar. Bir müddət sonra gənc bank kartındakı bütün məlumatları ona vermək qərarına gəlib. Bundan sonra o, bütün əmanətlərini - 3 milyon rublunu itirdiyini fərq edib.

Qız söhbət zamanı həmsöhbətinə Sverdlovsk vilayətində yaşadığını deyib. Lakin hüquq-mühafizə orqanlarının məlumatına görə, onun yaşayış yeri Perm diyarıdır.

Hərbçilərin pulemyotçu olduğu dəqiqləşdirilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm