MDB
Bir gündə iki rus deputat vəfat etdi

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasından olan deputatı, Nümayəndələr Palatasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Yaşarbek Uzdenov uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.
Publika.az "TASS"a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.
V. Vasilyev fraksiyanın bütün deputatları adından Y. Uzdenovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Yaşarbek Uzdenov 2021-ci il sentyabrın 19-da Dövlət Dumasının deputatı olub. 16 saylı seçki dairəsindən (Qaraçay-Çərkəz - Qaraçay-Çərkəz Respublikası) seçilib.
Qeyd edək ki, bu gün həmçinin Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. O, Lipetsk vilayətinin Lebedyanski şəhərindəki evində dünyasını dəyişib.

-
Sosial17:30
Əli Əsədov daha iki qərar imzaladı
-
Sosial17:02
Dövlət Gömrük Komitəsindən blogerə rəsmi - CAVAB
-
İdman16:27
Devid Bekhemin gəlini: Görün bu gözəl kimin nəvəsidir - FOTOLAR
-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...