Rusiyanın son itkiləri AÇIQLANDI
Bizi izləyin

MDB

Rusiyanın son itkiləri AÇIQLANDI

Mayın 24-dən 27-dək Rusiyanın 480 hərbçisi zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Beləliklə, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzünün başlanğıcından ümumilikdə rusiyalı 206 200 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, işğalçıların indiyədək 3 799 ədəd tankı, 7 442 ədəd zirehli döyüş maşını, 3 406 ədəd artilleriya sistemi, 572 ədəd RYAS-ı (reaktiv yaylım atəş sistemi), 329 hava hücumundan müdafiə sistemi, 310 ədəd hərbi təyyarəsi, 296 ədəd helikopteri, 6 172 ədəd nəqliyyat vasitəsi və yanacaq çəni, 18 ədəd gəmi/kateri, 2 941 ədəd operativ-taktiki PUA və 449 ədəd xüsusi texnikası məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm