Tokayev də Ərdoğan deyəni dedi: Bu qurumda islahatlara ehtiyac var
Bizi izləyin

MDB

Tokayev də Ərdoğan deyəni dedi: Bu qurumda islahatlara ehtiyac var

"Birləşmiş Millətlər Təşkilatı yeganə universal təşkilat olaraq qalır, lakin Təhlükəsizlik Şurasının (BMT Təhlükəsizlik Şurası) islahatlara ehtiyacı var”.

Publika.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev deyib.

"Biz Birləşmiş Millətlər Təşkilatının yaranmasından bəri qurulmuş dünya nizamının əsaslarının pozulmasının şahidiyik".

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın Baş nazirinin müavini, maliyyə naziri Yerulan Jamaubayev respublikanın Birinci Prezidenti Nursultan Nazarbayevin ofisinin ləğv olunduğunu elan etmişdi.

Tokayev fevral ayında Respublikanın ilk prezidenti Elbası (Millət lideri) haqqında Konstitusiya qanununu ləğv edib. Bununla da Nazarbayevin bütün imtiyazları alınıb.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm