MDB
Çeçenistanda iki yeni alay yaradıldı: Ukraynaya göndərilir
Yaxın vaxtlarda Müdafiə Nazirliyinin təcrübəli döyüşçülərdən ibarət iki yeni alay - "Axmat-Rusiya" və "Axmat-Çeçenistan" xüsusi hərbi əməliyyat zonasına göndəriləcək.
Publika.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.
O bildirib ki, Çeçenistan Respublikasından olan 42-ci diviziya Zaporojye vilayətində 58-ci ordunun tərkibində döyüşür.
Kadırovun sözlərinə görə, Zaporojye vilayətində 42-ci diviziyanın 6000-dən çox çeçen döyüşçüsü var. O, həmçinin bildirib ki, “Şimal-Axmat” xüsusi təyinatlıların 78-ci motoatıcı alayı hazırda “Axmat” xüsusi təyinatlıları, habelə Rusiya Qvardiyasının Çeçenistan Respublikasındakı İdarəsinin döyüşçüləri ilə birlikdə Maryinski istiqamətində döyüş əməliyyatlarında iştirak edir. 94-cü və 96-cı alaylar və OMON “AXMAT-1” bütün təmas xəttindədir.
Qeyd edilib ki, "Axmat-Rusiya" və "Axmat-Çeçenistan" alayı yeni yaradılıb.
Hüseyn İbadlı
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?





















.png)











