Əliş Məmmədov sabiq prezidentin ölümü haqqında: "Ən yaxın dostum idi"
Bizi izləyin

MDB

Əliş Məmmədov sabiq prezidentin ölümü haqqında: "Ən yaxın dostum idi"

Saxanın (Yakutiya) ilk Prezidenti Mixail Yefimoviç Nikolayev dünən 87 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Saxa Yakutiya Respublikasının indiki prezidenti Aysen Nikolayevin sərəncamı ilə iyulun 8-də mərhumun nəşi Vətəninə gətiriləcək. Saxanın ilk prezidenti ilə xalqın vidalaşma mərasimi 8 avqustda Yakutsk şəhərində Opera və Balet teatrında keçiriləcək.

Mərhum avqustun 8-də öz kəndində - Oktyomtsda oxuduğu məktəbin yaxınlığında dəfn olunacaq. Saxanın ilk prezidenti Mixail Yefimovun yaxın dostu, həmyerlimiz Əliş Məmmədovun sözlərinə görə,“Saxanın fəxri vətəndaşı” adını ona 2001-ci ildə Mixail Yefimov verib.

"Hazırda ölkənin prezidenti Aysen Nikolayev və baş naziri ilə birlikdə onun doğulduğu kənddə dəfni ilə bağlı hazırlıq işləri görülür. O mənim ən yaxın dostum idi. Yakutiya Respublikası hüzn içərisindədir. Belə böyük dostu itirmək çox ağırdır. Burada hər kəs mənə də ayrıca başsağlığı verir. Mixail Yefimoviçin ölümü ilə əlaqədar olaraq Saxa əhalisi isə onun tikib qurduğu meydanlara axışaraq xatirəsinə şam yandırırlar", - IV, V və VI çağırış Dövlət Məclisinin (İl Tumen) deputatı, Saxa Respublikasının əməkdar inşaatçısı, "Yakutsement" İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin Baş Direktoru Əliş Məmmədov qeyd edib.

Qeyd edək ki, sabiq dövlət başçısı Saxa Yakutiya xalqına dirilik, rus asılılığından nisbətən qurtuluş gətirən rəhbər kimi tarixə düşüb. 1991-ci ildə yakutları və ölkənin sərvətlərini repressiyadan Mixail Yefimoviç qurtarıb. O, Saxanın tarixini, tarixi şəxsiyyətlərini xalqa qaytarmağa nail olub. Ümumi sahəsi 3103,2 min km² olan Saxanın saxalılara-türklərə məxsus olduğunu dünyaya sübut edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm