MDB
Rusiya bu ölkəni hədələdi: Cavabsız qoymayacağıq, istənilən ssenari mümkündür

Finlandiyanın hər hansı anti-Rusiya hərəkəti Rusiya tərəfindən cavabsız qalmayacaq.
Publika.az xəbər verir ki, bunu “RİA Novosti”yə Xarici İşlər Nazirliyinin ikinci Avropa departamentinin direktoru Sergey Belyayev deyib. Diplomatın sözlərinə görə, Ukraynaya hücum başlayandan sonra Finlandiya ardıcıl olaraq anti-Rusiya siyasəti yürütməyə başlayıb. Helsinki Ukraynaya silah tədarük etməyə başlayıb və Rusiyaya qarşı sanksiyaların təzyiqini artırıb.
Ölkə NATO-ya daxil olduqdan sonra Finlandiya hakimiyyəti bütün səviyyələrdə ikitərəfli siyasi dialoqu məhdudlaşdırdı və ticarət-iqtisadi əməkdaşlığa zərər vurdu. 2022-ci ilin sentyabrında müəyyən bir dairə istisna olmaqla, rusların ölkəyə girişi qadağan edildi. İyulun 10-dan bu məhdudiyyətlər sərtləşdirilib. Ölkə rusların daşınmaz əmlakının müsadirə edilməsi mexanizmini də hazırlamağa başlayıb.
Belyaev bildirib ki, indiki “Finlandiya hakimiyyətinin rusofob kursu” ilə istənilən ssenari mümkündür. Rusiya heç bir anti-Rusiya hərəkətini cavabsız qoymayacaq. Onun məzmunu Helsinkidə qəbul edilən konkret qərarlardan asılı olacaq.
Tural

-
İdman15:31
Uğurunun sirri olan qadın ortaya çıxdı - FOTOLAR
-
Sosial15:01
Temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
-
Kriminal14:46
Fermada gənc sevgilisi ilə cinsi əlaqədə oldu, bunu videoya çəkən dostu isə... - Şok təfərrüat
-
İdman14:11
Qanalı gözəl təkzib etdi: Onunla görüşməmişəm - FOTOLAR
-
Magazin113:46
Elza bu müğənnilərə əsəbiləşdi: "Beli incə, ombaları böyük..."
-
Rəsmi xronika13:15
İlham Əliyevdən 17 milyonluq SƏRƏNCAM
-
MDB13:01
Hərbi xidmət müddəti iki ilə qaldırılır? - Deputatdan reaksiya
-
Nida Xəbər 12:46
"Ermənistana təzyiq göstərilməlidir"