MDB
Dəhşətli apokalipsis, hər şeyin sonu olacaq: Medvedevdən dünyanı qorxudan XƏBƏRDARLIQ
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Rusiya ilə NATO arasında müharibə olacağı təqdirdə dünya apokalipsislə üzləşəcək.
Publika.az xəbər verir ki, Medvedevin sözlərinə görə, Qərb siyasətçilərinin Moskva ilə gözlənilən hərbi münaqişə ilə bağlı bəyanatları çox təhlükəlidir. Eyni zamanda Medvedev xatırladıb ki, Rusiya dəfələrlə belə planlarının olmadığını bildirib.
Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, NATO ölkələrinin liderləri Rusiya ilə müharibədən danışaraq seçiciləri Ukraynaya ayırdıqları çoxmilyardlı xərclərdən yayındırmağa çalışırlar. Axı külli miqdarda pul bu dövlətlərdə sosial problemlərin həllinə deyil, müharibəyə xərclənir.
Medvedev hesab edir ki, belə bir müharibə baş verərsə, bu, Ukraynadakı əməliyyata bənzəməyəcək: artilleriya, zirehli texnika və pilotsuz uçuş aparatlarından istifadə etməklə, səngərlərdə döyüş olmayacaq.
O qeyd edib ki, Rusiya və NATO-nun hərbi potensialı müqayisəedilməzdir, çünki Qərb ölkələrinin ümumi hərbi büdcəsi bir trilyon yarım dollara çatır: “Buna görə də Rusiyanın cavabı asimmetrik olacaq, ölkə xüsusi döyüş başlıqları olan ballistik və qanadlı raketlərdən istifadə edəcək”.
“Və bu çox dəhşətli apokalipsis olacaq. Hər şeyin sonu çatacaq”, - Medvedev fikrini yekunlaşdırıb.
Siyasətçi hesab edir ki, Qərb liderləri seçicilərə həqiqəti söyləməli və əslində nə baş verəcəyini izah etməlidirlər, Rusiya ilə müharibəyə hazır olduqları barədə yalan danışmamalıdırlar.
Tural
-
Sosial17:38
Nazirlik 6 milyona yeni şirkət yaratdı
-
Sosial16:24
Bakıda bu köşklərin fəaliyyəti dayandırıldı - FOTO
-
Sosial15:30
Partlayış zamanı şok keçirən qadın öldü
-
Nida Xəbər 14:43
Nazir onu rəis təyin etdi - FOTO
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı
-
Sosial12:10
Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika11:42
İlham Əliyev Çavuşoğlunu qəbul etdi