Ailə faciəsi: Dördüncü uşaq da öldü - Valideynlər dindirilir
Bizi izləyin

MDB

Ailə faciəsi: Dördüncü uşaq da öldü - Valideynlər dindirilir

Rusiyanın Krasnoyarsk diyarının Krasnaya Sopka kəndində nahar zamanı naməlum maddədən zəhərlənən ailənin daha bir uşağı dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsi (GİD) məlumat yayıb.

Bu, naməlum toksinin qurbanı olan dördüncü uşaqdır. Qızın 12 yaşı var idi.

Əvvəllər 6, 11 və 13 yaşlı uşaqların öldüyü bildirilirdi. Ailədə ümumilikdə dörd uşaq olub.

Ölən uşaqların valideynləri özünə gəlib. Uşaqların valideynləri reanimasiyadadır. Sentyabrın 23-ü səhər saatlarında onlar özlərinə gəliblər. Həkimlər istintaq hərəkətlərinə icazə veriblər, indi müstəntiqlər onları dindirir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm