"Ərazimizi itirə bilərik, bunun üçün onlar pul ayırıblar" - Lukaşenkodan savaş anonsu
Bizi izləyin

MDB

"Ərazimizi itirə bilərik, bunun üçün onlar pul ayırıblar" - Lukaşenkodan savaş anonsu

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko 2025-ci ildə keçiriləcək seçkilərlə əlaqədar ölkəni çətin günlər gözlədiyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, silahlı qiyam üçün xaricdəki müxalifət qüvvələrinə külli miqdarda vəsait ayrılıb.

"Müxalifətə dedilər: söhbət etmək yaxşıdır, davam edin. Bunun üçün çox pul var, qalan hər şey daha effektiv mübarizə, silahlı üsyan üçündür", - Belarus prezidenti qeyd edib.

Lukaşenko hesab edir ki, müxalif qüvvələr “Belarus ərazisinə soxulacaq”, həmçinin “ərazinin bir hissəsini ələ keçirəcək” və ölkədə sabitliyi pozacaqlar. Bu baxımdan, onun sözlərinə görə, Belarusun müdafiə qabiliyyətinə çox diqqət yetirilməyə başlanıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm