Sakinlər turistlərin əlindən çay içə bilmir: Evlərini yandıracağıq! - HƏDƏ
Bizi izləyin

MDB

Sakinlər turistlərin əlindən çay içə bilmir: Evlərini yandıracağıq! - HƏDƏ

Buryatiya sakinləri elektrik təchizatında yaranan problemlərin səbəbini Baykal gölünə gələn turistlərdə görürlər.

Publika.az xəbər verir ki, bu barədə “Baikal-Daily” yazıb.

Deputat Sergey Mezenin yaranmış vəziyyət barədə danışıb. Turuntaevo kəndinin sakinləri elektrik təchizatında problemlərdən və şəbəkələrdə gərginliyin zəif olmasından şikayətlənirlər. Deputatın sözlərinə görə, daimi fasilələr və yeni yarımstansiyaların olmaması səbəbindən “çay qaynatmaq, elektrik cihazlarını qoşmaq mümkün deyil” və turizm mövsümünün başlaması ilə vəziyyət getdikcə daha da pisləşir.

“Bu gün yerli sakinlər turistlərə qarşı sanki düşmənçilik edirlər. Gəlin, onların turistlərə olan münasibətini dəyişək. Əks halda, turistləri ləyaqətlə qəbul etmək mümkün olmayacaq. İnsanların öz evlərində rahat yaşamaları üçün mümkün olan hər şeyi etməliyik”, - Mezenin bildirib.

O əlavə edib ki, onunla keçirilən qəbulda Qoryaçinsk sakinləri qonaq evlərini yandırmaq niyyətində olduqlarını qeyd ediblər.

“Sadəcə dedilər ki, biz tezliklə turist qəbul edən bu evləri yandıracağıq”, - deyə deputat bildirib.

Pribaikalsk vilayətinin sakinlərinin hədələri həyata keçirib-etməyəcəyi hələlik məlum deyil. Səlahiyyətlilərin yığılmış problemləri necə həll edəcəyi də açıqlanmır.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm