Avtomobilin içərisində lüləkabab bişirdilər - ANBAAN VİDEO
Bizi izləyin

MDB

Avtomobilin içərisində lüləkabab bişirdilər - ANBAAN VİDEO

Özbəkistan vətəndaşı “Jetour” markalı avtomobilin içinində lüləkabab bişirmək qərarına gəlib.

Publika.az xəbər verir ki, video “Ketmen - Özbəkistan xəbərləri” "Telegram" kanalında yayımlanıb.

Videogörüntülərdə sürücünün manqal üçün folqa ilə örtdüyü qarpız qabığından istifadə etdiyi əks olunub.

Avtomobil şəhərin mərkəzindən keçərkən lüləkabab kömürdə qovurulub. Daha sonra sürücü və sərnişini də yolda hazırlanan şam yeməyini yeyiblər.

Maşının salonuna hər hansı zərərin dəyib-dəyməməsi ilə bağlı məlumat verilməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm