Lukaşenko ona əsir düşməkdən qorxduğunu bəyan etdi
Bizi izləyin

MDB

Lukaşenko ona əsir düşməkdən qorxduğunu bəyan etdi

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, bəşəriyyətin süni intellekt tərəfindən əsir götürülə biləcəyindən ehtiyat edir və bu cür texnologiyaya əsaslanan məhsullardan istifadə etmir.

Publika.az xəbər verir ki, onun sözlərini BELTA yayıb.

“Qorxuram ki, bu süni intellekt bizi ələ keçirəcək. Bu, məni çox narahat edir və qorxudur”, - deyə prezident qeyd edib.

O əlavə edib ki, dünya tarixinin mərkəzində insan dayanır və bu nizamı qorumaq lazımdır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm