Zelenski bizi eşitmək istəmir - Belarus prezidenti
Bizi izləyin

MDB

Zelenski bizi eşitmək istəmir - Belarus prezidenti

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişəyə danışıqlar yolu ilə son qoyulmalı olduğunu bildirib. Lakin onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski hələlik belə təklifləri eşitməyə hazır deyil.

Publika.az-ın BELTA-dan əldə etdiyi məlumata görə, prezident qeyd edib ki, Belarus Ukrayna və Rusiya ilə müəyyən əlaqələri saxlayır, sülh prosesini bərqərar etməyə çalışır. Lakin onun fikrincə, Zelenski bu təşəbbüslərə maraq göstərmir, çünki Ukraynanı münaqişəni davam etdirməyə sövq edən ABŞ-ın təsiri altındadır.

“Və biz hər şeyin normal olduğundan əmin olmaq üçün bu təmaslarda çalışırıq. Zelenski hələ bunu eşitmir və dinləmək də istəmir”, - deyə Lukaşenko qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm